...

İlahiyyat İnstitutunun tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 13 May 2022 15:06 (UTC +04:00)
İlahiyyat İnstitutunun tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarət zamanı tələbələrə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti