Bakı. Trend:
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Türkiyənin Bahçeşehir Universiteti arasında memorandum imzalanıb.
Trend-in məlumatına görə, imzalanma mərasimindən sonra MÜSİAD Azərbaycan prezidenti Rəşad Cabirli və BAU rektorunun müşaviri Prof.Dr. Esra Hatipoğlu 2022-ci il üçün nəzərdə tutulan layihələr haqqında fikir mübadiləsi aparıblar.
Görüş zamanı həmçinin tərəflər əlaqələrin daha da dərinləşməsi üçün bundan sonra əməkdaşlığı intensivləşdirəcəklərini bildiriblər.