...

Hakimliyə namizədlərin imtahan vaxtı məlum oldu

Cəmiyyət Materials 16 May 2022 14:54 (UTC +04:00)
Hakimliyə namizədlərin imtahan vaxtı məlum oldu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə zəruri tapşırıqlar verilib. Hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Hakimlərin Seçki Komitəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz aparılmaqla sənədlərin qəbulu davamlı xarakter alıb, 900-dən çox namizədlə müsabiqələr keçirilib. 44 nəfər dövlət başçısının sərəncamı ilə ötən il müxtəlif hakim vəzifələrinə təyin edilib, hazırda 140 nəfər müsabiqənin müxtəlif, o cümlədən yekun müsahibə mərhələsindədir.

"Eyni zamanda 200-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Həmin namizədlərlə test imtahanı cari ilin iyun ayının 8-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam edir.

Həmçinin, namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir.

Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən may ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər",- mlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti