...

DİN narkotacirin polis şöbəsində ölməsi faktına aydınlıq gətirib

Cəmiyyət Materials 1 İyun 2022 22:48 (UTC +04:00)
DİN narkotacirin polis şöbəsində ölməsi faktına aydınlıq gətirib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib. Onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunmuşdur.

DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti