...

Zaqatalada itkin düşən turistin axtarışları alpinistlər və dronlar da cəlb olunub (VİDEO)

Cəmiyyət Materials 2 İyun 2022 11:48 (UTC +04:00)
Zaqatalada itkin düşən turistin axtarışları alpinistlər və dronlar da cəlb olunub (VİDEO)

Bakı. Trend:

Zaqatalada itkin düşən turistin axtarışları davam etdirilir

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, Zaqatala rayonunda itkin düşən 29 yaşlı Hindistan Respublikası vətəndaşının axtarışları davam etdirilir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularından, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplarla yanaşı ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar da axtarışlara cəlb olunub.

Hazırda çətin relyefli dağlıq ərzilərdə itkin düşən şəxsin tapılması istiqamətində bütün zəruri tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti