...

Xəzər çimərlikləri mövsümə hazırlaşır (FOTO)

Cəmiyyət Materials 6 İyun 2022 11:03 (UTC +04:00)
Xəzər çimərlikləri mövsümə hazırlaşır (FOTO)

Bakı. Trend:

Mövsümə hazırlıqla bağlı Xəzər rayon çimərliklərində abadlıq və təmizlik işlərinə başlanılıb.

Trend-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Xəzər rayonu üzrə fəaliyyət göstərən çimərlik ərazilərində insanların istirahət etməsi üçün lazimi şəraitin yaradılması məqsədilə tədbirlər görülür.

İlk olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən çimərliklərdə monitorinqlər aparılmışdır. Aparılan monitorinqlər zamanı, əksər çimərliklərdə və ətraf ərazilərdə məişət tullantılarına rast gəlinmiş və bəzi çimərlik operatorları tərəfindən mövsümə hazırlıq işlərinin ləng aparılmaması kimi hallar müşahidə olunmuşdur.

Bununla əlaqədar olaraq mövsümdə fəaliyyət göstərəcək sahibkarlarla Xəzər RİH-nin inzibati binasında görüş keçirilmiş, çimərlik mövsümünün rəsmən başlanması ilə bağlı ərazilərdə təmizlik və abadlıq işlərinin həyata keçirilməsi, ərazilərin mütəmadi olaraq təmizlənməsi və nəzarətdə saxlanması ilə bağlı ciddi tapşırıqlar verilmişdir.Eyni zamanda çimərlik ərazilərinə girişlərin pulsuz olması sahibkarların diqqətinə çatdırılmışdır.

Rayon Mənzil Kommunal təsərrüfatı Birliyi və qəsəbə bələdiyyələrinin yaxından iştirakı ilə yay çimərlik mövsümünə hazırlıq, eyni zamanda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə Xəzər rayonunun Şüvəlan, Mərdəkan, Buzovna, Türkan və Zirə qəsəbələrində olan çimərlik sahələrində genişmiqyaslı təmizlik və abadlıq işləri aparılmışdır.

Çimərliklərdə dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb və ətraf ərazilərdə texnika və fəhlə qüvvəsi cəlb olunmaqla təmizlik işləri görülmüşdür. Toplanan zibil qalıqlarının xüsusi texnikalarla daşınması təmin edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti