...

Gələn həftə havanın temperaturu bir qədər yüksələcək - Umayra Tağıyeva

Cəmiyyət Materials 19 İyun 2022 14:49 (UTC +04:00)
Gələn həftə havanın temperaturu bir qədər yüksələcək - Umayra Tağıyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend.

Artıq bir neçə gündür ki, İspaniya, Fransa və digər Avropa ölkələrində qeyri-adi istilər müşahidə edilir. Havanın temperaturu 40 dərəcə yüksəlib.

Trend-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"Bu cür istilərin bizim ölkəmizdə də olacağı barədə sakinlərimiz bizə suallarla müraciət edirlər. Sinoptik şəraitin təhlili göstərir ki, paytaxtda gələn həftə ərzində maksimal temperatur kölgədə 34 dərəcəyə yaxın olacaq, iyun ayının 22-də 37 dərəcəyədək yüksələcək".

Xidmət rəisi qeyd edib ki, lakin, iyunun 22-də axşam şimal küləyinin güclənməsi ilə bağlı ayın 23-24-də temperatur bir qədər aşağı enəcək və 32-34 dərəcə intervalında olacaq.

U.Tağıyevanın sözlərinə görə, gələn həftənin sonunda isə havanın temperaturu yenidən yüksələcək.

Qeyd edək ki, hava haqqında hər gün yenilənən məlumatları meteo.az saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti