...

Azərbaycanda 90 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 9 İyul 2022 21:14 (UTC +04:00)
Azərbaycanda 90 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 609 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 367 nəfərdir.

Ölkədə son sutka ərzində 2157, hazırkı dövrədək isə 6 984 060 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti