Bakı. Trend:
Azərbaycanda yeni peşə təhsil mərkəzləri istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov mətbuat konfransında deyib.
O qeyd edib ki, hazırda Sumqayıtda yeni peşə təhsili mərkəzinin layihələndirilməsi aparılır. Burada əsasən sənaye və İT yönümlü peşə təhsili mərkəzinin yaradılması nəzərdə tutulur.
C.Kərimov bildirib ki, Füzuli şəhərində də müasir peşə təhsili mərkəzi tikiləcək. "Eyni zamanda Lənkəranda da yeni peşə təhsili müəssisəsinin açılması nəzərdə tutulur. Gələcəkdə digər rayonlarda da peşə təhsil mərkəzləri tikiləcək", - deyə o əlavə edib.