Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 798 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 406 nəfərdir.
Ölkədə son sutka ərzində 2 128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.