...

Son bir il ərzində 448 nəfər sərhəd pozucusu saxlanılıb - DSX-nın rəis müavini

Cəmiyyət Materials 16 Avqust 2022 11:08 (UTC +04:00)
Son bir il ərzində 448 nəfər sərhəd pozucusu saxlanılıb - DSX-nın rəis müavini

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapıb. Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb.

Trend-in məlumatlna görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Rəis müavini bildirib ki, bir il ərzində 2594 nəfər hüquq mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

“Ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb”,-A. Xəlilov deyib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti