Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) 27 sentyabr - Anım Günü ilə bağlı videoçarx hazırlayıb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
"Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimiz heç zaman
unudulmayacaq!
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan tarixinin ən şanlı səhifələri qızıl
hərflərlə yazılır. Çoxəsrlik dövlətçilik tariximizin şərəf və
mübarizlik rəmzinə çevrilən İkinci Qarabağ müharibəsində Ermənistan
üzərində qazanılmış parlaq Qələbə 2020-ci ilin hüdudlarına
sığmayacaq bir tarixi hadisəyə çevrilib. Rəşadətli Azərbaycan
Ordusu şəhidlərimizin qisasını döyüş meydanında alaraq düşmənin
işğal altında saxladığı əzəli torpaqlarımızı azad etdi, ölkəmizin
ərazi bütövlüyünü bərpa etdi.
Müqəddəs vəzifənin öhdəsindən şərəflə gələn, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, ruhlarına böyük ehtiram göstərilir. Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Xalqımız heç zaman öz qəhrəmanlarını unutmayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qarabağ Azərbaycandır!", - deyə məlumatda qeyd olunub.