Şuşa. Trend
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri Azərbaycanın azad edilən ərazilərində zorakılıq, vandalizm və təbii fəlakət aktları nəticəsində zərər çəkmiş tarixi, mədəni və dini abidələrin bərpası üzrə birgə işlər görəcəklər.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, Şuşada toplaşan TDT-yə üzv ölkələrin müsəlman dini liderlərinin bugünkü birgə bəyanatında əksini tapıb.
Eyni zamanda bəyanatda qeyd edilir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri dini və mənəvi mühitə xarici müdaxilə hallarının, xarici və zərərli təbliğatın, təkfirçilik ideologiyalarını daşıyan radikal cərəyanlar, dini və irqi dözümsüzlük və siyasi məqsədlər üçün dindən sui-istifadə daxil olmaqla, hər hansı ideoloji təxribatların qarşısının alınması üçün birgə səylər göstərəcəklər.