...

Ahıllara sosial xidmət müəssisəsində “Gimnastika hamı üçün” tədbiri keçirilib  (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2022 14:45 (UTC +04:00)
Ahıllara sosial xidmət müəssisəsində “Gimnastika hamı üçün” tədbiri keçirilib  (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən ahıllara sosial xidmət müəssisəsində “Gimnastika hamı üçün” növünə həsr olunmuş tədbir keçirilib.

Trend bazar ertəsi xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin Azərbaycan Gimnastika Federasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi ilə birgə “İdman hamı üçün” layihəsi çərçivəsində təşkil olunub.

Tədbirdə “Alov” komandasının çıxışı təqdim olunub.

Ahıllara sosial xidmət müəssisəsinin qonaqları üçün gimnastikanın bu növü üzrə mütəxəssislərin rəhbərliyi altında isinmə, gimnastika və rəqs hərəkətlərindən ibarət ustad dərsi və ümumi məşqlər keçirilib.

Sosial Xidmətlər Agentliyinin Ahıllara sosial xidmət müəssisəsinin direktoru Samirə Mehdiyevanın sözlərinə görə, müəssisənin sakinləri belə sosial tədbirlərdə fəal iştirak edirlər.

"Bu gün müəssisəmiz böyük layihə həyata keçirir. Gənclər və İdman Nazirliyi Azərbaycan Gimnastika Federasiyası ilə birlikdə "Gimnastika hamı üçün" növü üzrə tədbir keçirir. Sakinlərimiz üçün ayda iki dəfə gimnastika məşğələləri keçiriləcək. Gənclər və İdman Nazirliyinə və Azərbaycan Gimnastika Federasiyasına göstərdikləri diqqətə görə təşəkkür edirik”, - deyə o bildirib.

"Gimnastika hamı üçün" idman növü üzrə məşqçi Ruslan Eyvazovun sözlərinə görə, tədbirin təşkilində məqsəd yaşlı nəsil arasında sağlam həyat tərzinə marağı artırmaq, ahılların asudə vaxtını səmərəli təşkil etməkdir.

"Tədbirdə "Alov" komandası iştirak edir, onun üzvləri 50 yaşdan yuxarı insanları birləşdirən "Qızıl əsr" festivalının iştirakçılarıdır. Komandamızın üzvləri Rəna Manafova və Vera Knyazeva sosial xidmət müəssisəsinin qonaqları üçün ustad dərsi keçiriblər. Məşğələlər müəssisənin sakinləri arasında böyük marağa səbəb olub”, - R.Eyvazov vurğulayıb.

Qeyd edək ki, “Gimnastika hamı üçün” əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsini özündə birləşdirir. Yaşından və fiziki hazırlığın səviyyəsindən asılı olmayaraq, hər kəs "Gimnastika hamı üçün" ilə məşğul ola bilər.

(Tərcümə: Orxan Nəbiyev: Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti