...

ADPU-nun Quba filialında Konstitusiya Günü münasibətilə intellektual yarış təşkil edilib

Cəmiyyət Materials 13 Noyabr 2022 01:16 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı (ADPU Quba) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə filialın tələbələri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov Trend-ə bildirib ki, yarışda filialın hər iki fakültəsi üzrə 10 komandada ümumilikdə 50 tələbə mübarizə aparıb. Finalda "Qladiator", "Miracle", "Yurd" və "Sirius" komandaları yarışıb. Gərgin mübarizənin yekununda "Sirius" komandası yarışı qalib kimi başa vurub.

"Sirius" komandasının tərkibində filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbələrindən Məhəmməd Hacıbalayev, Aytac Ağazadə, Nübar Məmmədova, Qızılgül Tağıyeva və Ələkbər Babayev mübarizə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti