...

Gələn ildən Zəngilanda "ağıllı" şəhərin tikintisinə başlamaq planlaşdırılır - Vahid Hacıyev

Cəmiyyət Materials 21 Noyabr 2022 12:26 (UTC +04:00)
Gələn ildən Zəngilanda "ağıllı" şəhərin tikintisinə başlamaq planlaşdırılır - Vahid Hacıyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il martın sonunadək Ağalı kəndində daha 100 ailənin köçürülməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev noyabrın 21-də “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Zəngilan rayonunun digər kəndlərinin də layihələndirilməsi davam etdirilir.

"Bəzi kəndlərin layihə konsepsiyası hazırdır, digər layihələr üzərində iş davam edir. Gələn ilin ortalarından bu kəndlərin tikintisinə başlamağı planlaşdırırıq. Gələn ildən, həmçinin Zəngilanda "ağıllı" şəhərin tikintisinə başlamaq nəzərdə tutulur", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti