...

Həbsdə olan polkovnikin şikayəti təmin edilmədi

Cəmiyyət Materials 22 Noyabr 2022 16:53 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində böhtan atmaqda təqsirləndirilərək həbs olunan ehtiyatda olan polkovnik Elnur Məmmədovun barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Trend-in məlumatına görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə E.Məmmədovun barəsində olan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Elnur Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edib, general barədə iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyinin şikayəti əsasında ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında cinayət işi başlanmışdı.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti