...

“Azərbaycan Könüllülük Həftəsi 2022” başlayıb (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2022 10:35 (UTC +04:00)
“Azərbaycan Könüllülük Həftəsi 2022” başlayıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 1-9 dekabr tarixlərində baş tutacaq “Azərbaycan Könüllülük Həftəsi 2022”-yə start verilib.

Həftə ərzində respublikanın şəhər və rayonlarında 20 mindən çox könüllünün iştirakı ilə “ZəfərimİZ” və “TəbiətimİZ” aksiyaları, “Könüllülük Sərhəd Tanımır” sosial layihəsi, “BiliyimİZ” intellektual yarışı, “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” və “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” həyata keçiriləcək.

Həftə çərçivəsində ilk fəaliyyət 1 dekabr tarixində Bakı şəhərində 2500 nəfər Azərbaycan könüllüsünün iştirakı ilə keçirilən “ZəfərimİZ” aksiyası olub. Aksiya çərçivəsində I Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət edilib. Könüllülər ilk növbədə Ulu Öndər Heydər Əliyevin, daha sonra Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızın məzarları önünə gül dəstələri düzüb, onların xatirəsini dərin ehtiramla yad ediblər.

Aksiya zamanı Azərbaycan Könüllüləri, rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsini təcəssüm etdirən Hərbi Qənimətlər Parkını da ziyarət ediblər. Ziyarət zamanı “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan!”, “Vətənin Könüllüsüyəm!” kimi şüarlar səsləndirən könüllülər daim dəmir yumruq kimi birləşərək Vətənimizin xidmətində olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, 2018-cu ildən başlayaraq Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə hər ilin dekabr ayında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilməkdədir. Əvvəlki illərdə keçirilən tədbirlər gənclər və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülülüyün gənclərin arasında təşviqi istiqamətində xüsusi rol oynayıb.

“Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə https://heftemiz.konullu.az internet səhifəsi və sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti