Bakı. Trend:
Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplanmışdılar.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub.
Trend xəbər verir ki, polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.