Bakı. Trend:
Azərbaycanda "Vəkillər və bəkillik haqqında" Qanununun təkmilləşməsi ilə bağlı təkliflər hazırlanıb.
Trend-in məlumatına görə, bunu bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
O bildirib ki, kollegiyada bu barədə təkliflər hazırdır: "Biz istəyirik ki, qanun bu günün tələblərinə cavab versin, daha təkmil olsun. Hazırda bununla bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır".