...

Bayram günlərində İTV-də nələr olacaq?

Cəmiyyət Materials 29 Dekabr 2022 17:31 (UTC +04:00)

Bakı. Trend:

Qarşıdan gələn bayramlarla əlaqədar İctimai Televiziyanın proqram setkasında yeniliklər edilib. Dekabrın son günlərindən başlayaraq, proqramda bayram ovqatlı verilişlər üstünlük təşkil edəcək. İTV-nin istehsalı olan verilişlərin əksəriyyəti - “Camaat nə deyir?” (31 dekabr 20:00 - 6 yanvar 20:30), “Kim zəngin olmaq istəyir? Milyonların şousu”(31 dekabr 21:20 - 7 yanvar 20:25), “Ötən günlər” (4 yanvar 16:50 - 7 yanvar, 21:25) və s. bayram əhval-ruhiyyəsində hazırlanıb.

31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar saat 13:35-də “Heydər Əliyev və azərbaycançılıq” filmi efirə gedəcək. Rejissoru Emil Quliyev olan “Həmrəylik Günü” filmi isə 18:40-da göstəriləcək. Həmin gün tamaşaçılara əsasən musiqi-əyləncəli proqramlar təqdim ediləcək. “Bir mahnının tarixçəsi”nin (15:25) yeni buraxılışı, Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert proqramı (15:55)”, Avroviziya təmsilçilərimizin ifaları (18:15) xoş ovqat yaradacaq. “İlin son gecəsi” bayram proqramı isə saat 23:00-da başlayacaq, gecə yarısı Prezident İlham Əliyevin xalqı təbrik nitqindən sonra davam edəcək. Proqram tanınmış simaların iştirakı ilə peşəkar səviyyədə, bayram ovqatında hazırlanmış musiqi, əyləncə məzmunludur.

Yanvarın 1-də saat 14:15-də dünyaca məşhur Vyana Filarmoniya Orkestrinin yeni il konsertinin canlı yayımı nəzərdə tutulur. Konsert proqramı İTV-nin aparıcısı Şəfiqə Əfəndiyeva və xalq artisti Yalçın Adıgözəlovun şərhilə təqdim olunacaq.

Həmin gün tamaşaçıların maraqla izlədiyi və geniş auditoriyaya malik “3D” verilişində Əzizin ifa etdiyi mahnı və şeirlərdən ibarət musiqili proqram saat 20:45-də yayımlanacaq. Maraqlı konsert proqramı olan “Diskoteka-80” saat 23:20-də təqdim ediləcək. Ümumiyyətlə yanvarın 5-dək hər gün müxtəlif saatlarda əyləncəli-musiqi, konsert proqramlarının yayımı nəzərdə tutulur. 2 yanvarda Miri Yusifin konserti (saat 16:55), “İlin son gecəsi. Bayram proqramı-2021” (saat 20:25), Eyyub Yaqubovun solo konserti (3 yanvar 11:20), Oxşarabaddan konsert proqramı 2019 (saat 20:25), yanvarın 4-də Zamiq Hüseynovun “Var ol” konserti(11:35), həmin gün "Oxşarabad 2: Korifeylər" Konsert proqramı 2020”(20:25), Emin Ağalarovun konserti 23:20-də yayımlanacaq. Faiq Ağayevin konserti isə 5 yanvarda (13:50) və həmin gün “İlin son gecəsi. Bayram proqramı 2022” təkrar efirə gedəcək.

Yeri gəlmişkən, bayram günlərində “Sabahın xeyir, Azərbaycan!” verilişi həftəiçi 5 gün canlı yayımlanacaq.

Yanvarın 2-dən 5-dək “Məktəblilər arasında Breyn-rinq üzrə Azərbaycan çempionatı”nın yayımı hər gün 15:20-də başlayacaq. Bu qəbildən olan verilişlərdən Nə? Harada? Nə zaman? İntellektual oyun (30 dekabr 22:45 - 6 yanvar, 23:25) “Əlaçı”(6 yanvar 18:45 - 8 yanvar 11:00), 61! İntellektual oyun (7 yanvar 19:25), Breyn-rinq (8 yanvar 18:20) proqramda yer alıb.

“Səs Azərbaycan. Doğma nəğmələr” teleşousunun premyerası isə yanvarın 6-da 21:30-da olacaq: “Burada “Səs” layıhəsi tarixində ilk dəfə olaraq yalnız Azərbaycan mahnıları ifa ediləcək. Tamaşaçılar son dərəcə maraqlı, dünyaca məşhur televiziya formatının yerli versiyasını izləyə biləcək”.

İTV-nin istehsalı olan “Sən demə” (2 yanvar, 18:10), “Kəndinə gəl” (3 yanvar, 22:20), “Oxşarabad” (3 yanvar, 18:15), “Oxşarabad 2: Korifeylər”(4 yanvar, 18:40), “Şou-biznesin sonu”(4 yanvar, 12:40) bədii filmlərini də bayram günlərində proqrama daxil etmişik.
"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan sevilən köhnə filmlərlə yanaşı, yenilərinə də efir setkasında günün müxtəlif vaxtlarında yer ayrılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının istehsalı olunan “Olimpiya” (5 yanvar 18:20-də) filminin efirimizdə ilk baxışı olacaq. Tamaşaçılar həyat hekayəsi Moskva şəhərində başlayaraq, Azərbaycanın şimal-qərb bölgələrindən birində davam edən və uzaq Kubada sona çatan qəhrəmanın məzəli sərgüzəştlərini efirimizdən izləyə biləcək. Bundan əlavə, “Qaragöz” (8 yanvar 20:20) komediyası da izlləyicilərə ilk dəfə təqdim olunacaq.

Yanvarın 7-dən etibarən İctimai Televiziyada hər həftənin şənbə və bazar günləri saat 12:25-dən ilk dəfə olaraq “Savaş şəhəri. Azərbaycan” hərbi yarış proqramının yayımı nəzərdə tutulub.

Bundan başqa, tamaşaçılara Sony Pictures, “Mosfilm” kinostudiyası və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı, yüksək reytinq qazanmış bədii, sənədli filmlər, o cümlədən "I" əməliyyatı və Şurikin digər macəraları” (31 dekabr, 10:25), məşhur amerikalı rejissor və aktyor Çarli Çaplinin “Qızıl hərisliyi” filmi (3 yanvar, 16:55), Fransız komediya və döyüş filmi olan “Taksi 3” (1 yanvar, 19:20), “Bəxtsizlər” (4 yanvar, 10:00), Oskar mükafatı almış “Tutsi” (2 yanvar, 12:00), Hollivud istehsalı olan “Marmot günü” (3 yanvar, 12:20), Komediya janrında “İnadkarın ram edilməsi (4 yanvar, 21:35) və başqa filmlər peşəkar dublyajla nümayiş etdiriləcək.

Yeri gəlmişkən, futbol azarkeşləri İngiltərə premyer liqasının oyunlarını İTV-dən izləyə biləcək. 18-ci turda Liverpul-Lester görüşü 30 dekabrdan 31-nə keçən gecə saat 00:00, 31 dekabr 19:00 Mançester Siti-Everton (İTV-nin saytında yayımlanacaq). 19-cu turda 3 yanvar 23:45 Arsenal-Nyukasl, 5 yanvardan 6-na keçən gecə 00:00-da Çelsi-Mançester Siti qarşılaşmaları nümayiş etdiriləcək.

İctimai Televiziya həmişə olduğu kimi kiçik yaşlı tamaşaçılarını da unutmayıb. Yanvarın 1-dən 5-dək səhər saatlarında “Maşa və ayı” cizgi serialı, “Santanın məxfi dəstəsi”, “Qəzəbli quşlar”, “Şirinlər” animasiya filmlərini izləmək uşaqlar üçün yaddaqalan olacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti