Bakı. Trend:
Bakıya bu ilin ilk qarı yağır.
Trend-in məlumatına görə, Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olan soyuq hava kütlələri nəticəsində Bakıda ötən gündən etibarən başlayaraq qar və sulu qar yağır.
Qar örtüyünün hündürlüyü İsmayıllıda 30 sm, Xaltanda 21 sm, Qubada 20 sm, Altıağacda 16 sm, Lerikdə 15 sm, Sarıbaş, Yardımlıda 14 sm, Şabranda 13 sm, Şəki, Biləsuvarda 8 sm, Qusarda 7 sm, Oğuz, Şahbuz, Daşkəsəndə 5 sm, Qobustanda 4 sm, Sədərəkdə 3 sm, Naxçıvan, Ağdərə, Göygöl, Naftalanda 2 sm, Bərdə, Göyçay, Astara, Ağdamda 1 sm, Sumqayıtda 8 sm, Bakıda 2 sm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.
Trend-in fotoqrafının qarlı Bakıdan lentə aldığı görüntüləri təqdim edirik: