Bakı. Trend:
Qar yağması ölkə ərazisində sabit şəbəkə telefonlarının (məftilli) işində çətinlik yaratmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Aztelekom" MMC və "Baktelekom" MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, “Aztelekom” MMC və Bakı Telefon Rabitəsi MMC-yə müvafiq olaraq sabit telefonların işində çətinliyin yaranması ilə bağlı kütləvi müraciət daxil olmayıb.
"Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC abunəçilərindən isə 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq", - məlumatda deyilir.