Bakı. Trend:
2002-2022-ci illərdə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə 1151 nəfər qəbul edilib.
Trend-in məlumatına görə, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.
K.Əliyev bildirib ki, hazırda onlardan 977 nəfəri hazırda prokurorluq orqanlarında çalışır.
O əlavə edib ki, hazırda prokurorluq orqanlarında çalışan şəxslərin orta yaş həddi 43-dür. Prokurorluq orqanlarında 21-25 yaş həddində 124 nəfər, 26-30 yaş həddində 254 nəfər, 31-35 yaş həddində 252 nəfər, 36-40 yaş həddində 215 nəfər, 41-45 yaş həddində 111 nəfər, 46-50 yaş həddində 19 nəfər, 51-55 yaş həddində 2 nəfər işləyir.