Bakı. Trend:
Ötən 5 il ərzində Azərbaycanda 4 sosial islahat paketi həyata keçirilib.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müadafiəsi naziri Sahil Babayev bu gün “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” Avropa İttifaqı Tvinninq Layihəsinin açılış mərasimind deyib.
Nazir bildirib ki, ötən 5 il ərzində Azərbaycanda 4 sosial islahat paketi həyata keçirilib. “2018-ci ildə 110 manat olan minimum pensiya bu gün 280 manata çatdırılır. Bu müddət ərzində orta pensiya 2 dəfədən çox artırlıb”, - deyə nazir bildirib.
O, son beş ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketinin icra olunduğunu, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti artımlar edildiyini qeyd edib. Son beş ildə sosial ödənişlərdəki artımları, o cümlədən minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunduğunu diqqətə çatdırıb.
Nazir pensiya sistemində humanist yanaşmaların tətbiqi, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib. O, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada proaktiv təyinatına başlandığını, ötən dövrdə həmin sosial təminat növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinatın həyata keçirildiyini bildirib.