...

Peşə-Əmək Reabilitasiya Mərkəzində 2600 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Cəmiyyət Materials 24 Yanvar 2023 10:12 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində 2022-ci ildə 603 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan əlilliyi olan 420 gənc komputer istifadəçisi, komputer dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, aşpaz köməkçisi, xalçaçılıq, rəssamlıq, kulinariya və s. peşə hazırlığı kurslarında olub. Digərləri isə sosial reabilitasiya xidmətləri ilə təmin edilib.

Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

Hazırda Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 212 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir.

İndiyədək ölkəmizin bütün bölgələri üzrə 2600 gənc həmin mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti