...

Orxan Əsgərov sabah II Şəhidlər Xiyabanında torpağa tapşırılacaq

Cəmiyyət Materials 29 Yanvar 2023 21:27 (UTC +04:00)
Orxan Əsgərov sabah II Şəhidlər Xiyabanında torpağa tapşırılacaq

Bakı. Trend:

Orxan Əsgərovun cənazəsi Bakıya gətiriləndən sonra Təzəpir məscidinə aparılacaq, daha sonra ailəsinə təhvil veriləcək.

Trend-in məlumatına görə, dəfn mərasimi yanvarın 30-da keçiriləcək.

Şəhidimiz II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhidin nəşini gətirən təyyarə artıq Bakıya yola düşüb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti