...

ADPU-da gənc əməkdaşlar, müəllimlər və fəal tələbələr mükafatlandırıldı (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2023 17:45 (UTC +04:00)
ADPU-da gənc əməkdaşlar, müəllimlər və fəal tələbələr mükafatlandırıldı (FOTO)

Bakı. Trend:

Fevralın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə universitet rəhbərliyi ötən bir il ərzində universitetin strukturlarında fəaliyyəti ilə xüsusi fərqlənən gənc əməkdaşlar, müəllimlər və tədrisdə, eləcə də sosial-ictimai həyatda xüsusi fərqlənən tələbələrlə görüş keçirib.

Görüşdə 40 nəfər gənc əməkdaş və müəllim, 12 nəfər yüksək akademik nəticələr əldə edən tələbə və 31 nəfər ictimai-sosial həyatda fəallığı ilə seçilən tələbə olmaqla, ümumilikdə 83 nəfərə universitet rəhbərliyi adından fəxri fərmanlar təqdim edilib.

Mükafatlandırma mərasimində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov gəncləri təbrik edərək vurğulayıb ki, gəncləşdirmə siyasəti Pedaqoji Universitetin əsas prioritetləri arasındadır və gənc əməkdaşları stimullaşdırmaq məqsədi ilə görülən çoxsaylı tədbirlərlə yanaşı, bu il ilk dəfə olaraq bu mükafat gənc əməkdaş və müəllimlərə də verilməyə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti