...

BNA sərnişinlərə xəbərdarlıq etdi

Cəmiyyət Materials 8 Fevral 2023 14:00 (UTC +04:00)
BNA sərnişinlərə xəbərdarlıq etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi qeyri sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Agentlikdən Trend-ə daxil olan müraciətdə bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin fevralın 9-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığına əsasən hərəkət iştirakçılarını müvafiq təhlükəsizlik qaydalarına riayət etsinlər:

"Qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etməlirinə tövsiyə edirik. Həmçinin sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik".

Xəbər lenti

Xəbər lenti