...

Xəstəxanalarda onlayn növbə götürmək mümkün olacaq

Cəmiyyət Materials 14 Fevral 2023 12:04 (UTC +04:00)
Xəstəxanalarda onlayn növbə götürmək mümkün olacaq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

E-tebib mobil tətbiqi vasitəsi ilə tibb müəssisələrində onlayn növbə götürmək mümkün olacaq.

Trend-in məlumatına görə, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu proses tibb müəssisələrində icbari tibbi sığortadan istifadə edənlər üçün növbə prosesinin asanlaşdırılması məqsədi daşıyır: "Bilirsiniz ki, icbari tibbi sığortadan istifadə edənlərin sayı artdığından xəstəxanalarda və digər tibb müəssisələrində növbələr yaranır. Bu problemi həll etmək üçün "e-tebib" tətbiqində tibb müəssisələrində onlayn növbə götürülməsi üçün bölmə yaradılır. Həmin bölmə yaxın vaxtlarda istifadəyə veriləcək və xəstəxanalarda növbə problemi aradan qalxacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti