...

Məzarlıqların bələdiyyələrə hələ də təhvil verilməməsinin səbəbi açıqlanıb

Cəmiyyət Materials 15 Fevral 2023 13:00 (UTC +04:00)
Məzarlıqların bələdiyyələrə hələ də təhvil verilməməsinin səbəbi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məzarlıqların bələdiyyələrə hələ də təhvil verilməməsinin səbəbi açıqlanıb.

Trend-in məlumatına görə, bununla bağlı məsələyə Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı ədliyyə nazirinin müavini Vilayət Zahirov münasibət bildirib.

O qeyd edib ki, məzarlıqların bələdiyyələrə tam təhvil verilməsi hələ başa çatmayıb. “Bunun da bir neçə səbəbi var. Regionlarda və bir çox kəndlərdə qəbirstanlıqların sənədlərinin, xəritələrinin, pasportlarının olmaması gecikməyə səbəbdir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiq edilib. Qərara əsasən, qəbiristanlıqların müvafiq bələdiyyələrə verilməsi təmin edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti