...

Xəzər rayonunda Vətən müharibəsi Qəhrəmanı Ramiz Qasımovun doğum günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2023 11:41 (UTC +04:00)
Xəzər rayonunda Vətən müharibəsi Qəhrəmanı Ramiz Qasımovun doğum günü  qeyd olunub (FOTO)

Bakı. Trend:

17 fevral 2023-cü il tarixdə II Qarabağ müharibəsinin “Dəmir qanadlı” qəhrəmanı, şəhid pilot, polkovnik-leytenant Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun doğum günü adını daşıyan 216 nömrəli məktəbdə qeyd edilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, aparıcı Lalə Azərtaş, rayon ictimayətinin nümayəndələri, hərbi hissənin pilotları, şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə foyedə şəhidin övladı Qasımlı Gülanənin rəsmlərindən ibarət sərgi ilə tanış olublar, sonra isə anım günü bədii hissə ilə davam edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında şeirlər, kompozisiyalar və rəqs nümunələri tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Sonda “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı ” filmi nümayiş olunub.

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış ətrafında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və həmin ərazilərdə Ermənistan Ordusunun hərbi hədəflərinin məhv edilməsində fərqlənib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən, Ramiz Qasımov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı," "Vətən uğrunda" və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti