Bakı. Trend:
Fevralın 19-da Bakıda Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə dünya kubokunun final yarışlarına start verilib.
Trend xəbər verir ki, final yarışları qadınlar üçün fərdi proqramda gimnastların çıxışlarını açacaq, daha sonra kişilər fərdi proqramda Dünya Kuboku mükafatları uğrunda mübarizəyə çıxacaqlar.
Azərbaycan gimnastı Selcan Maxsudova qadınlar arasında fərdi proqramın finalında çıxış edəcək.
Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə dünya kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.
Yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər və mükafatçılar müəyyənləşəcək. Bundan əlavə, ən yüksək xal toplayan iştirakçılar AGF Trophy ilə təltif olunacaqlar.
Yarışlarda Azərbaycanı ötən il ölkəmizdə keçirilən dünya çempionatının gümüş mükafatçısı Selcan Maxsudova təmsil edir.
(Foto: Zaur Mustafayev)