...

Ötən il 165 üçəm doğulub

Cəmiyyət Materials 20 Fevral 2023 14:20 (UTC +04:00)
Ötən il 165 üçəm doğulub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 122846 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə doğulanların sayı 11,2-dən 12,2-yə qədər artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Körpələrdən 3438-i əkiz, 165-i üçəm, 8-i isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,3), Mil-Muğan (14,7), Şərqi Zəngəzur (14,5), Lənkəran-Astara (14,2), Qarabağ və Quba-Xaçmaz (14,1), Şirvan-Salyan (13,8), Mərkəzi Aran (13,7) və Qazax-Tovuz (13,3) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti