...

Bələdiyyələrin ərazilərində yeni qəbiristanlıqların yaradılması müzakirə edilir

Cəmiyyət Materials 24 Fevral 2023 12:14 (UTC +04:00)
Bələdiyyələrin ərazilərində yeni qəbiristanlıqların yaradılması müzakirə edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bələdiyyələrin ərazilərində nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, gələcəkdə bunlar öz həllini tapa bilər.

Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin fevralın 24-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov həmçinin bələdiyyələrin iclaslarının onlayn formada keçirilməsi barədə parlament səviyyəsində qərar qəbul edilməsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, bələdiyyələr iclaslarını canlı formada keçirə bilmədikdə bunu onlayn formatda etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti