...

Türkiyədə zəlzələ bölgəsində zərərçəkən 20 şagird Azərbaycanda təhsillərini davam etdirirlər

Cəmiyyət Materials 28 Fevral 2023 09:04 (UTC +04:00)
Türkiyədə zəlzələ bölgəsində zərərçəkən 20 şagird Azərbaycanda təhsillərini davam etdirirlər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə vətəndaşı olan şagirdlər Azərbaycanda birinci dərəcəli yaxınlarının yanına gəlib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda onlardan 20 şagird Bakı Türk Anadolu Liseyində təhsil alır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti