...

Sabah güclü külək əsəcək - Xəbərdarlıq

Cəmiyyət Materials 27 Mart 2023 16:05 (UTC +04:00)
Sabah güclü külək əsəcək - Xəbərdarlıq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında martın 28-də gecə və səhər şimal-qərb küləyinin, 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında martın 27-si gündüzdən 28-i səhərədək və 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti