...

Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2023 17:58 (UTC +04:00)
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Abşeron rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində Ulu Öndərin unudulmaz xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak etmişdir. Gənclərin və könüllülərin də fəal qatıldığı aksiyada 1000-ə yaxın ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilmişdir. Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilmiş, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulmuşdur.

Bundan əlavə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilmiş, yeni yaşıllıq sahələri salınmış, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti