...

Rəşad Nəbiyev Naftalanda iki övladı şəhid olmuş ailəni ziyarət edib

Cəmiyyət Materials 11 Aprel 2023 15:53 (UTC +04:00)
Rəşad Nəbiyev Naftalanda iki övladı şəhid olmuş ailəni ziyarət edib

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Naftalan rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.

Bu barədə nazirlikdən Trend-ə verilən məlumata görə, nazir iki şəhid qardaş – I Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun ailə üzvləri ilə görüşüb.

Görüşdə yaxınları şəhidlərlə bağlı xatirələrini bölüşüblər, onların keçdiyi rəşadətli döyüş yolundan danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti