...

Azərbaycanda piratçılığın səviyyəsi azalıb - Kamran İmanov

Cəmiyyət Materials 20 Aprel 2023 12:05 (UTC +04:00)
Azərbaycanda piratçılığın səviyyəsi azalıb - Kamran İmanov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlərin nəticəsi olaraq, müşahidələr göstərir ki, 2005-ci illə müqayisədə ölkədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 20%-ə, audio-video məhsul bazarında 90%-dən 53%-ə, proqram təminatında 96%-dən 71%-ə düşüb.

Trend-in məlumatına görə, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

K.İmanov bildirib ki, Agentlik bir çox hallarda müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində əqli mülkiyyət hüquqları ilə bağlı aparılan məhkəmə işlərinə cəlb olunur. Agentliyin nümayəndələri 2022-ci ildə əqli mülkiyyət obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 50-ə yaxın iş üzrə 130-dan çox məhkəmə iclasında iştirak edib, hər bir iş üzrə ekspert rəyi hazırlanıb və məhkəmələrə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti