...

AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi ilə dünyanın 7 mərkəzi arasında beynəlxalq əməkdaşlıq sazişləri imzalanıb (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2023 10:21 (UTC +04:00)
AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi ilə dünyanın 7 mərkəzi arasında beynəlxalq əməkdaşlıq sazişləri imzalanıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Aprelin 26-da Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi ilə Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada, Türkiyə, Xorvatiya və Portuqaliyanın Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzləri arasında beynəlxalq əməkdaşlıq sazişləri imzalanıb.

Trend xəbər verir ki, əməkdaşlıq sazişləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə keçirilən “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi çərçivəsində imzalanıb.

Sazişlərdə birgə əməkdaşlıq, elmi-texnoloji təcrübə mübadiləsi, qarşılıqlı tədqiqat imkanlarının yaradılması, aparılan tədqiqatlar haqqında məlumat mübadiləsi və bu kimi məsələlər yer alıb.

Qabaqcıl mərkəzlərlə əməkdaşlıq AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinə geniş tədqiqat imkanları, dünya ölkələrində mövcud olan ən son seysmik texnologiya və metodların Azərbaycana gətirilməsinə, eləcə də ölkəmizdə bina və qurğuların seysmik dayanıqlığının daha da artırılmasına zəmin yaradacaq.

Qeyd edək ki, saziş imzalanan Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzləri dünyanın ən qabaqcıl texnologiyalarına sahib tədqiqat mərkəzləridir. Xüsusilə Portuqaliyanın Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi tədqiat imkanları və laboratoriyalarına görə Avropanın ən güclü seysmik elm müəssisəsi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti