Bakı. Trend:
Azərbaycanda kosmik fəaliyyətin prinsipləri məlum olub.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsində əksini tapıb.
Belə ki, kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
Kosmik fəzadan sülh naminə istifadə edilməsi;
Milli maraqların qorunması;
Kosmik resurslardan səmərəli istifadə olunması;
Milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;
Kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.