...

Ötən il insan alveri ilə bağlı 12 şəxs barədə ittiham hökmü çıxarılıb

Cəmiyyət Materials 12 May 2023 11:48 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il insan alveri cinayətləri ilə bağlı məsuliyyətə cəlb olunan 15 şəxsdən (13-ü qadın, 2-i kişi) 12-i barədə məhkəmələr tərəfindən ittiham hökmü çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Hesabatda bildirilir ki, məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış şəxslərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb.

Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti