...

İlin sonuna qədər 100 minə yaxın sayğacın quraşdırılması nəzərdə tutulur - "Azərsu"

Cəmiyyət Materials 26 May 2023 15:55 (UTC +04:00)
İlin sonuna qədər 100 minə yaxın sayğacın quraşdırılması nəzərdə tutulur - "Azərsu"
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün 40 min bağ evi kanalizasiya xətti varsa 5 manat, yoxdursa 3,50 manat ödəyir.

Trend-in məlumatına görə, bunu "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər 100 minə yaxın sayğacın quraşdırılması nəzərdə tutulur.

"Bakının Türkan və Zirə qəsəbələrində sayğaclara baxışla bağlı vəziyyət daha çətindir. Çünki sayğaclar içəridədir".

Qeyd edək ki, "Azərsu" ASC-də brifinq keçirilir. Brifinqdə bildirilib ki, sudan israfçılığın qarşısını almaq üçün hazırlanan tədbirlər planına uyğun olaraq hər bir rayon üzrə yaradılan xüsusi qruplar mayın 1-dən fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti