...

Azərbaycanda utilizasiya edilmiş avtomobillərdən necə istifadə olunacaq?

Cəmiyyət Materials 1 İyun 2023 11:24 (UTC +04:00)
Azərbaycanda utilizasiya edilmiş avtomobillərdən necə istifadə olunacaq?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda utilizasiya edilmiş nəqliyyat vasitələrindən istifadə qaydası müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Utilizatorlar tərəfindən utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı materiallar və əşyalar mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış müqavilə əsasında ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılır.

Utilizatorlar bağlanılmış müvafiq müqavilənin və təhvil-təslim sənədlərinin surətlərini əlavə etməklə bu barədə hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti