...

ADY-də Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə regional dəmiryol məsələləri müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2023 19:20 (UTC +04:00)
ADY-də Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə regional dəmiryol məsələləri müzakirə edilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu gün Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) rəhbəri Miroslav Antonoviç ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə ADY-də həyata keçirilən infrastruktur layihələr, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin artmaqda olan potensialı barədə ətraflı məlumat verməklə yanaşı, DYƏT-lə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.

DYƏT 1956-cı ildə iyunun 28-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Ölkəmiz 1993-cü ildən Təşkilatın üzvüdür. Hazırda DYƏT-yə üzv ölkələrinin sayı 30-dur.

Xəbər lenti

Xəbər lenti