...

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 8 İyun 2023 14:44 (UTC +04:00)
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, üç və daha çox doza vaksin vurduranların sayı 19, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 966 025, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 634, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 957, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 189, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 245 təşkil edir.

Xəbər lenti

Xəbər lenti