...

4-cü sosial islahat paketi 1,9 milyon şəxsi əhatə edib

Cəmiyyət Materials 27 İyul 2023 11:39 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin əvvəlində reallaşdırılan 4-cü sosial islahat paketi 1,9 mln. nəfəri əhatə edib və bu islahatın illik əlavə maliyyə tutumu 750 mln. manat vəsait təşkil edir.

Trend-in məlumatına görə, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair keçirilən mətbuat konfransı zamanı deyib.

“İslahat çərçivəsində minimum əməkhaqqı 15% artırılaraq 345 manata çatdırılıb. Vahid tarif cədvəli üzrə işləyənlərin və bir sıra təşkilatlarda çalışanlarının əməkhaqları 15% artırılıb. Bu istiqamət üzrə illik əlavə 440 milyon manat vəsait xərclənəcək”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti