...

Son beş ildə sosial islahatlar üzrə 6,8 milyard manat xərclənib

Cəmiyyət Materials 27 İyul 2023 11:41 (UTC +04:00)
Son beş ildə sosial islahatlar üzrə 6,8 milyard manat xərclənib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu islahatlara 6,8 milyard manat əlavə dövlət vəsaiti cəlb edilib.

Trend-in məlumatına görə, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair keçirilən mətbuat konfransı zamanı deyib.

“Minimum əməkhaqqı 2,7 dəfə artaraq 130 manatdan 345 manata çatdıb. Orta aylıq aməkhaqqı 70%, median amakhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,5 dəfə, əmək müqavilələrinin sayında isə 35 faiz artım qeydə alınıb. Minimum pensiya 2,5 dəfə artaraq 110 manatdan - 280 manata, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği isə 2,5 dəfə artırılıb”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti