...

Azerconnect şirkətinin dəstəyilə beynəlxalq yay məktəbi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 1 Avqust 2023 15:30 (UTC +04:00)
Azerconnect şirkətinin dəstəyilə beynəlxalq yay məktəbi təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Azerconnect şirkətinin dəstəyi ilə 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün “Cyber Summer School - 2023” (CSS) beynəlxalq yay məktəbi təşkil olunub.

Artıq üçüncü ildir ki, baş tutan yay məktəbi ərzində yerli və xarici mütəxəssislər tərəfindən iştirakçılar üçün kibertəhlükəsizlik sahəsində təlimlər, texnoloji turlar, habelə bu sahədə bilik yarışı keçirilib.

Bu ilin 24-29 iyul tarixlərində baş tutmuş “Cyber Summer School - 2023” yay məktəbinə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan ümumilikdə 125 iştirakçı cəlb edilib.

Yay məktəbinin bağlanış tədbirində bilik yarışının qalibi olan komandalar Azerconnect və digər təşkilatlar tərəfindən mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub.

2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsi, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.

Azerconnect şirkəti NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti